Tarixi mundial tam formalaşdı: 48 komanda hazır!
Pley-off oyunlarından sonra bu il ABŞ, Kanada və Meksikada baş tutacaq futbol üzrə dünya çempionatının final mərhələsinə vəsiqə qazanan 48 komandanın hamısı müəyyənləşib.
TodayPress TV xəbər verir ki, interkontinental pley-offun həlledici görüşlərindən birində Konqo Demokratik Respublikası komandası Yamayka yığmasına 1:0 hesabı ilə qalib gələrək mundiala vəsiqə qazanan son komandalardan biri olub.
DÇ-2026-nın sonuncu iştirakçısı isə İraq – Boliviya matçından sonra məlum olub. İraq Monterrey qarşılaşmasından 2:1 hesabı ilə qalib ayrılaraq final mərhələsində iştirak hüququ əldə edib.
Namiq HUN