Tarixi an: İkardi “Qalatasaray”ın ən məhsuldar legioneri oldu
“Qalatasaray”ın futbolçusu Mauro İkardi klub tarixində yeni rekord müəyyənləşdirib.
TodayPress TV xəbər verir ki, argentinalı hücumçu buna Türkiyə Kuboku çərçivəsində keçirilən oyunda fərqlənməklə nail olub.
İkardi “İstanbulspor”la qarşılaşmada (3:1) rəqib qapısına yol taparaq “aslanlar”ın heyətində vurduğu qolların sayını 73-ə çatdırıb. Bununla da 32 yaşlı forvard “Qalatasaray”ın əfsanəvi futbolçularından biri olan George Hacinin rekordunu geridə qoyaraq klub tarixində ən çox qol vuran legionerə çevrilib.
Xatırladaq ki, 1996–2001-ci illərdə “Qalatasaray”da çıxış edən rumıniyalı Haci 72 qolla yadda qalmışdı.
Namiq HUN