Tarix yenidən yazıldı: Cokoviç Federeri geridə qoydu
İdman
28.01.2026 11:33
Novak Cokoviç “Australian Open”də qələbə rekordunu yeniləyərək Rocer Federeri geridə qoyub.
TodayPress TV xəbər verir ki, 24 qat “Böyük Dəbilqə” qalibi, dünya reytinqində 4-cü pillədə qərarlaşan serbiyalı tennisçi Novak Cokoviç “Australian Open” turnirində 103-cü qələbəsini qazanaraq tarixi rekorda imza atıb.
Cokoviç buna turnirin 1/4 finalında italiyalı Lorenso Muzetti ilə görüşdə 4:6, 3:6, 3:1 hesabı ilə üstün olarkən rəqibinin oyunu dayandırması səbəbindən mərhələ adlayıb.
Bu nəticə ilə Novak Cokoviç “Australian Open” tarixində ən çox qələbə qazanan tennisçi olub. O, bu göstəricidə 20 qat “Böyük Dəbilqə” çempionu, sabiq dünya birincisi Rocer Federeri geridə qoyub.
Qeyd edək ki, Cokoviç 10 dəfə “Australian Open” çempionu olub (2008, 2011, 2012, 2013, 2015, 2016, 2019, 2020, 2021, 2023).
Namiq HUN
tag: Novak Cokoviç,Australian Open,Qələbə,Rekord,Todaypress.tv,
