Tanınmış məşqçi həyat uğrunda mübarizə aparır

İdman

03.04.2026 15:25

Mirça Luçesku infarkt keçirib və hazırda reanimasiyadadır.

TodayPress TV xəbər verir ki, bu barədə jurnalist Emanuel Roşu sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, təcrübəli mütəxəssis bir gün əvvəl xəstəxanaya yerləşdirilib və vəziyyəti yaxşılaşdığı üçün artıq evə buraxılmağa hazırlaşırdı. Lakin xəstəxanada olarkən onda qəfil ürək tutması baş verib.

Həkimlər məşqçini kritik vəziyyətdən çıxara biliblər, lakin hazırda onun durumu ağır olaraq qalır və reanimasiya şöbəsində müalicəsi davam edir.

Qeyd edək ki, daha əvvəl 80 yaşlı mütəxəssisin Rumıniya millisinin məşqi öncəsi huşunu itirdiyi və xəstəxanaya aparıldığı bildirilmişdi. Sonradan onun baş məşqçi postundan ayrıldığı da açıqlanıb.

Namiq HUN

TodayPress TV

tag: Mirça Luçesku,Rumıniya ,Səhhət,Xəstəxana,Todaypress.tv,