Taleləri qeyri-müəyyən qaldı – qərar yayda veriləcək

Taleləri qeyri-müəyyən qaldı – qərar yayda veriləcək
02.04.2026 14:13 İdman

Beynəlxalq Konkisürmə İttifaqı (ISU) rusiyalı və belaruslu idmançıların beynəlxalq yarışlara buraxılması məsələsini təxirə salıb.

TodayPress TV xəbər verir ki, təşkilatın Şurası yeniyetmələr arasında turnirlərə bu ölkələrin fiqurlu konkisürənlərinin buraxılması ilə bağlı qərar qəbul etməyib. 

Məsələyə cari ilin yayında yenidən baxılacaq.

Məlumata görə, bu məsələ ISU-nun növbəti iclasında – iyun ayında müzakirə olunacaq. İclasın Tenerifedə keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, həmin vaxt həm də ISU Şurasının iclası və təşkilatın konqresi baş tutacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər