Sürpriz nəticə: Azarkeşlər “Mançester Siti”ni dəstəkləyir
İdman
21.03.2026 15:33
“The Athletic” İngiltərə Premyer Liqası klublarının 18 komandasının azarkeşləri arasında mövsümün sonunda kimin çempion olmasını istədikləri ilə bağlı sorğu keçirib.
TodayPress TV xəbər verir ki, sorğunun nəticələrinə görə, respondentlərin əksəriyyəti lider “Arsenal”dan çox “Mançester Siti”nin çempion olmasına üstünlük verib.
Xüsusilə bu klubların azarkeşləri daha çox “şəhərlilər”i dəstəkləyib:
“Aston Villa” (62,2%), “Bornmut” (61,1%), “Brayton” (64,4%), “Börnli” (54,5%), “Çelsi” (84,8%), “Lids Yunayted” (53,7%), “Liverpul” (70,3%), “Nyukasl Yunayted” (66,5%), “Tottenhem” (91,8%), “Vest Hem Yunayted (50,8%) və “Vulverhempton” (53,6%).
Bununla belə, bir çox azarkeş seçiminin birmənalı olmadığını da qeyd edib. Müzakirələrdə “Mançester Siti”nin 115 qayda pozuntusu iddialarına görə çempion olmamalı olduğu fikri səslənsə də, bəzi azarkeşlər üçün bu, yenə də “Arsenal”ın qələbəsindən daha məqbul sayılır. Respondentlərdən biri kim olur-olsun, təki “Arsenal” olmasın bildirib.
Qeyd edək ki hazırda XXXI turdan sonra Arsenal 70 xalla turnir cədvəlinə başçılıq edir. “Mançester Siti” isə 61 xalla ikinci yerdədir və bir oyunu ehtiyatda var.
Namiq HUN
tag: İngiltərə,PL,Azarkeş,Çempion,Todaypress.tv,
