Sürpriz lider: Antonelli Barselonada hamını geridə qoydu

İdman

29.01.2026 16:40

Kimi Antonelli Barselonada keçirilən testlərin dördüncü gününün ən sürətlisi olub.

TodayPress TV xəbər verir ki, “Mercedes” komandasının italiyalı pilotu “Formula-1”in Barselonada təşkil olunan mövsümöncəsi testlərinin növbəti sessiyasında ən yaxşı nəticəni göstərib.

Sessiyasının nəticələri:

Kimi Antonelli (“Mercedes”) — 1:17.081 (90 dövrə)

Oskar Piastri (“Maklaren”) — 1:18.419 (48 dövrə)

Lyuis Hemilton (“Ferrari”) — 1:18.654 (87 dövrə)

Liam Louson (“Reysing Bulls”) — 1:18.840 (64 dövrə)

Serxio Peres (“Kadillak”) — 1:21.349 (38 dövrə)

Xatırladaq ki, yanvarın 26-dan 30-dək Barselona avtodromunda “Formula-1”in mövsümöncəsi testləri keçirilir. 

11 komandadan 10-u İspaniyaya gəlib. Reqlamentə əsasən, hər komanda beş test günündən yalnız üçündə iştirak edə bilər.

Namiq HUN

TodayPress TV

tag: Kimi Antonelli,Barselona,Mercedes,Formula-1,Todaypress.tv,