Sürət rekordu: Cek Aykel NHL tarixinin ən yaxşıları sırasına adını yazdırdı!
"Veqas Qolden Nayts"ın hücumçusu Cek Aykel NHL-in müntəzəm çempionatında "Çikaqo Blekhoks"a qalib gəldikləri matçda (5:2) 3 (1+2) xal toplayıb.
TodayPress TV xəbər verir ki, amerikalı fоrvard rəqib qapısına bir şayba vurub və iki məhsuldar ötürmə müəllifi olub.
Bu nəticədən sonra Aykelin karyerası ərzində NHL-in müntəzəm çempionatlarında keçirdiyi 691 matçda xal hesabı 701-ə (267 qol + 434 pas) çatıb. Hazırda çıxışını davam etdirən amerikalı hokkeyçilər arasında 700 xal həddinə daha tez yalnız "Toronto Meypl Lifs"in hücumçusu Oston Mettyus (607 matçda) çata bilib.
Qeyd edək ki, 29 yaşlı Aykel "Qolden Nayts" klubunun heyətində altıncı mövsümünü keçirir. O, NHL-dəki ilk altı mövsümündə isə "Baffalo Seybrz"in şərəfini qoruyub. Hücumçu pley-off mərhələlərində çıxış etdiyi 62 matçda 65 (12+53) xal toplayıb.
Namiq HUN