Sürət maneəsi: Şlotterbek Kataloniya təmsilçisinə uyğun gəlmədi
İdman
24.01.2026 11:50
“Barselona” klubunun idman rəhbərliyi Dortmund “Borussiya”sının mərkəz müdafiəçisi Niko Şlotterbekin transferindən tamamilə imtina edib.
TodayPress TV xəbər verir ki, bu barədə Sport.es nəşri məlumat yayıb.
Bildirilir ki, Kataloniya təmsilçisi alman futbolçunun bir çox faydalı keyfiyyətlərə malik olduğunu etiraf edir. Lakin onun sürətinin “Barselona”nın baş məşqçisi Hans-Diter Flikin oyun fəlsəfəsinə uyğunlaşmaq üçün yetərli olmadığı düşünülür. Bu səbəbdən “Barselona” 26 yaşlı müdafiəçinin transferi uğrunda digər klublarla son mərhələdə rəqabət aparmayacaq.
Qeyd edək ki, Şlotterbek cari mövsümdə bütün turnirlərdə 22 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Futbolçunun Dortmund klubu ilə mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalında futbolçunun bazar dəyəri 55 milyon avro qiymətləndirilir.
Namiq HUN
tag: Barselona,Niko Şlotterbek,Transfer,İmtina,Todaypress.tv,
