Superliqa planı sarsılır: “Barselona” layihəni tərk etdi
İdman
07.02.2026 15:46
“Barselona” klubu Avropa Superliqası layihəsindən çıxdığını rəsmi şəkildə açıqlayıb.
TodayPress TV xəbər verir ki, Kataloniya təmsilçisi klubun rəsmi saytında yayılan bəyanatda European Super League Company və layihədə iştirak edən digər klublara qərar barədə rəsmi bildiriş göndərildiyini qeyd edib.
Bəyanatda deyilir:
“FK Barselona bu gün Avropa Superliqası layihəsindən çıxdığını rəsmi olaraq elan edir və bununla bağlı European Super League Company şirkətini və iştirakçı klubları məlumatlandırıb”.
Xatırladaq ki, yeni Avropa futbol turnirinin yaradılması barədə ilk açıqlama 2021-ci ildə edilmişdi. “Barselona” həmin layihənin 12 təsisçi klubundan biri idi. UEFA isə layihəni kəskin tənqid etmiş və iştirakçı klubların daxili, Avropa və beynəlxalq yarışlardan kənarlaşdırıla biləcəyini bildirmişdi.
Namiq HUN
tag: Barselona,Avropa Superliqası,Bəyanat,Futbol,Todaypress.tv,
