“Sumqayıt”da məşqçi və futbolçular arasında qalmaqal

İdman

09.04.2026 13:02

“Sumqayıt” klubunun baş məşqçisi Saşa İliç ilə futbolçular arasında ciddi problemlər yaranıb.

TodayPress TV “Futbolinfo.az”a istinadən xəbər verir ki, serbiyalı mütəxəssis yarımmüdafiəçi Səbuhi Abdullazadədən narazıdır və bu barədə mətbuat konfransında açıqlama verib.

Lakin kapitan onunla problem yaşayan yeganə futbolçu deyil. Ən ciddi gərginlik Danilo Beskorovaynı ilə yaşanır. Ukraynalı müdafiəçi ilə münasibətlərin hətta dava həddinə çatdığı bildirilir. “Sabah”la oyundan sonra keçirilən məşqlərin birində legioner futbolçunun baş məşqçi ilə əlbəyaxa olduğu qeyd olunur. Qarşılıqlı ittihamlardan sonra tərəflər sakitləşdirilib.

Nəticədə Beskorovaynı “Neftçi” ilə son tur matçında heyətə daxil edilməyib.

Yayda İliç komandada qalsa, ukraynalı futbolçu ilə yolların ayrılacağı gözlənilir. Lakin böyük ehtimalla klub rəhbərliyi serbiyalı baş məşqçi ilə vidalaşacaq.

Namiq HUN

TodayPress TV

tag: Sumqayıt,Saşa İliç,Futbolçular,Problem,Todaypress.tv,