Stenli Kubokunda ilk böyük toqquşma bəlli oldu!
Stenli Kubokunda pley-off mərhələsinin ilk 1/8 final cütü müəyyənləşib.
TodayPress TV xəbər verir ki, ABŞ Milli Xokkey Liqasının (NHL) “Dallas Starz” və “Minnesota Uayld” komandaları Qərb konfransının Mərkəzi divizionunda müvafiq olaraq 2-ci və 3-cü yerləri təmin edərək bir-biri ilə qarşılaşacaqlar.
Son oyunlarda “Minnesota” öz meydanında “Sietl Kraken” üzərində 5:2 hesablı qələbə qazanıb. “Dallas” isə əlavə vaxtda “Kalqari Fleyms” klubunu 4:3 hesabı ilə məğlub edib.
Qeyd edək ki, bu komandalar sonuncu dəfə 2023-cü ildə pley-offun ilk mərhələsində üz-üzə gəlib. Həmin seriyada “Dallas” 4-2 hesabı ilə üstün olub.
Xatırladaq ki, NHL-də pley-off mərhələsi aprelin 18-də start götürəcək.
Namiq HUN