“Stemford Bric”də kabus: “Çelsi” tarixinin ən erkən zərbəsini aldı
İdman
18.03.2026 10:37
“Çelsi” UEFA Çempionlar Liqası tarixində ən erkən qolunu buraxıb.
TodayPress TV xəbər verir ki, “Pari Sen-Jermen”in vingeri Xviça Kvaratsxeliya 1/8 finalın cavab oyununda 6-cı dəqiqədə fərqlənərək komandasının “Çelsi” üzərində 3:0 hesablı qələbəsinə töhfə verib.
Statistik portalın məlumatına görə, Kvaratsxeliyanın 5 dəqiqə 41-ci saniyədə vurduğu qol “Çelsi”nin Çempionlar Liqası pley-off mərhələsində öz meydanında buraxdığı ən erkən qol kimi tarixə düşüb.
Oyunda digər qolları Bredli Barkola (15-ci dəqiqə) və Senni Mayulu (62-ci dəqiqə) vurublar.
Qeyd edək ki, Xviça Kvaratsxeliya 2025-ci ilin yanvarında “Pari Sen-Jermen” klubuna transfer olunub. 25 yaşlı futbolçu cari mövsümdə 36 oyunda 12 qol vurub və 7 məhsuldar ötürmə edib. Transfermarkt portalında Xviçanın bazar dəyəri 90 milyon avro qiymətləndirilir.
Namiq HUN
tag: Çelsi,UEFA ,Çempionlar Liqası,Pari Sen-Jermen,Todaypress.tv,
