Startdan dərhal sonra problem — Qış Olimpiadasında fasilə
XXV Qış Olimpiya Oyunlarının yarış proqramına start verilib.
TodayPress TV xəbər verir ki, körlinq üzrə qrup mərhələsinin I turuna daxil olan oyunlar “Kortina d'Ampezzo” arenasında elektrik enerjisinin kəsilməsi səbəbindən başlanandan cəmi beş dəqiqə sonra dayandırılıb.
Qısa fasilədən sonra İsveç – Cənubi Koreya, Böyük Britaniya – Norveç, Çexiya – Kanada və Estoniya – İsveçrə komandaları qarışıq qoşa növü üzrə buz meydançasına çıxaraq qarşılaşmaları davam etdiriblər.
Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi fevralın 6-da Milanda keçiriləcək. Oyunlara Milanla yanaşı, Kortina-d’Ampezzo şəhəri də ev sahibliyi edəcək.
Namiq HUN