Spaletti: Yıldız sadəcə adi oyunçu deyil, o, yadplanetlidir
İdman
26.01.2026 17:10
“Yuventus” klubunun baş məşqçisi Luçano Spaletti komandasının gənc lideri, türkiyəli hücumçu Kenan Yıldız barədə fikirlərini bölüşüb və onu “yadplanetli” adlandırıb.
TodayPress TV xəbər verir ki, Spalettinin sözlərini məşhur insayder Fabritsio Romano sosial şəbəkələrdə paylaşıb.
“Kenan Yıldız sadəcə adi oyunçu deyil. O, yadplanetlidir. Mənə inan, o, yadplanetlidir!” - deyə mütəxəssis bildirib.
Cari mövsümdə Yıldız bütün turnirlərdə 29 oyunda iştirak edib, 9 qol və 8 assist ilə yadda qalıb. Transfermarkt portalında futbolçunun bazar dəyəri 75 milyon avro qiymətləndirilir.
Əvvəlki məlumatlara görə, Yıldız bir sıra Premyer Liqa top-klublarının diqqət mərkəzində olub, xüsusən “Liverpul”, “Çelsi” və “Arsenal” onunla maraqlanıb.
Namiq HUN
tag: Yuventus,Kenan Yıldız,Luçano Spaletti,Hücumçu,Todaypress.tv,
