“Söz haqqımız yoxdur” – Hemiltondan şok açıqlama

İdman

30.03.2026 12:05

Yeddiqat dünya çempionu olan “Ferrari” pilotu Lyuis Hemilton yeni texniki reqlamentdə dəyişikliklərlə bağlı narazılığını ifadə edib

TodayPress TV xəbər verir ki, bu barədə “Crash.net” nəşri məlumat yayıb. 

Hemilton bildirib ki, “Formula-1” pilotlarının qərarların qəbulunda heç bir təsiri yoxdur və əsas söz sahibi yalnız komandalar və Beynəlxalq Avtomobil Federasiyasıdır (FIA):

“Pilotların səsvermə hüququ yoxdur. Bizim heç bir gücümüz yoxdur. Heç bir komitədə təmsil olunmuruq”.

“Ferrari” pilotunun sözlərinə görə, FIA əsasən komandaların mövqeyini nəzərə alır və sürücülərin fikirləri qərarvermə prosesində rol oynamır.

Mövsümün ilk 3 mərhələsindən sonra pilotların sıralaması:

1. Andrea Kimi Antonelli (“Mercedes”) — 72 xal 

2. Corc Rassell (“Mercedes”) — 63 xal 

3. Şarl Lekler (“Ferrari”) — 49 xal 

4. Lyuis Hemilton (“Ferrari”) — 41 xal 

5. Lando Norris (“McLaren”) — 25 xal 

6. Oskar Piastri (“McLaren”) — 21 xal 

7. Oliver Berman (“Haas”) — 17 xal 

8. Pyer Qasli (“Alpine”) — 15 xal 

9. Maks Ferstappen (“Red Bull”) — 12 xal 

10. Liam Louson (“Racing Bulls”) — 10 xal 

Namiq HUN

TodayPress TV

tag: Ferrari,Lyuis Hemilton,Formula 1,Çempion,Todaypress.tv,