“Son günümə qədər buradayam” – Arbeloadan sərt mesaj
İdman
17.01.2026 09:30
Madrid “Real”ının baş məşqçisi Alvaro Arbeloa paytaxt klubundan mümkün gedişi ilə bağlı sualı cavablandırıb.
TodayPress TV xəbər verir ki, bu barədə Mundo Deportivo nəşri məlumat yayıb.
“Bu vəzifəyə işləmək üçün gəlmişəm. İlk gündən son günümə qədər, klubdan ayrıldığım günə qədər işləyəcəyəm. Çünki bu klub üçün etməli olduğum məhz budur”, – deyə Arbeloa bildirib.
Daha əvvəl “kral klubu” İspaniya Kubokunun 1/8 final mərhələsində ikinci liqa təmsilçisi “Albasete”yə 2:3 hesabı ilə məğlub olub. Həmin oyun “Real”ın sabiq müdafiəçisinin baş məşqçi kimi debüt matçı olub.
Qeyd edək ki, Alvaro Arbeloa baş məşqçi postunda həmyerlisi Xabi Alonsonu əvəzləyib. “Bayer”in sabiq çalışdırıcısı İspaniya Superkubokunun finalında “Barselona”ya 2:3 hesabı ilə məğlub olduqdan sonra klubdan ayrılıb.
Namiq HUN
tag: Real Madrid,Alvaro Arbeloa,Baş məşqçi,Klub,Todaypress.tv,
