Şok məğlubiyyət: Arbeloa “Real”ın fiaskosuna görə özünü günahlandırdı

Şok məğlubiyyət: Arbeloa “Real”ın fiaskosuna görə özünü günahlandırdı
15.01.2026 09:15 İdman

Madrid “Real”ının baş məşqçisi Alvaro Arbeloa İspaniya Kubokunda komandanın erkən vidalaşmasından sonra emosiyalarını bölüşüb və məğlubiyyətə görə məsul şəxsi açıqlayıb. 

TodayPress TV xəbər verir ki, Arbeloanın sözlərini Marca nəşri sitat gətirib.

“Bu klubda heç-heçə belə pis nəticə, demək olar ki, faciə kimi qəbul olunur. Məğlubiyyət isə, xüsusilə başqa liqadan olan komandaya qarşı olanda, daha ağırdır. Günahkar axtarılacaqsa, birinci növbədə bu mənəm. Heyəti mən seçmişəm, oyun üslubunu mən müəyyənləşdirmişəm və əvəzləmələri mən etmişəm. Oyunçulara yalnız təşəkkür edə bilərəm, məni necə qəbul etdiklərinə görə. Onlara həm fiziki, həm də psixoloji baxımdan bərpa olunmaqda kömək etməliyəm. Seçdiyim heyətə əmin idim. Mənim istədiklərimi dərhal yerinə yetirmək futbolçular üçün asan deyil. Nəticədə məsuliyyət mənim üzərimdə qalır”, - deyə baş məşqçi bildirib. 

Qeyd edək ki, “Albasete” ilə qarşılaşma “Real” üçün yeni baş məşqçi Alvaro Arbeloanın rəhbərliyi altında ilk oyun olub. O, bu postda həmyerlisi Xabi Alonsonu əvəz edib.

Xatırladaq ki, 1/8 final mərhələsində “kral klubu” Segunda təmsilçisi  “Albasete”yə 2:3 hesabı ilə uduzub. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər