Slot nikbindir: “İstənilən rəqiblə mübarizə apara bilərik”

İdman

24.01.2026 10:24

“Liverpul”un baş məşqçisi Arne Slot klubun qış transfer pəncərəsində mümkün aktivliyi ilə bağlı fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Liverpool Echo nəşri məlumat yayıb. 

“Hazırda hər hansı dəyişiklik gözləmirəm. Lakin transfer bazarında uyğun bir fürsət yaranarsa və komandamızı gücləndirə biləcəyimizi başa düşsək, klub həmişə bu variantı nəzərdən keçirməyə hazır olacaq. Hələlik isə - yox.

Komandanın inkişafına gəlincə, özümü çox arxayın hiss edirəm. Hazırda çox yaxşı vəziyyətdəyik, amma futbolda zədələr gözlənilmədən baş verə bilər.

Leoninin, İsakin və Bredlinin bu qədər uzun müddətə sıradan çıxacağını gözləmirdim. Biz artıq sübut etmişik ki, bütün futbolçular sağlam olduqda, istənilən komanda ilə rəqabət apara bilirik. Gələcəyə böyük nikbinliklə baxıram”, - deyə Slot bildirib.

Qeyd edək ki, “Liverpul” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VIII turunda “Enfild”də Azərbaycan çempionu “Qarabağ”la qarşılaşacaq.

Namiq HUN

TodayPress TV

tag: Arne Slot,Klub,Liverpul,Nikbin,Todaypress.tv,