“Şirlər”in qələbə alovu: Emeri ən yaxşı seçildi
İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşı baş məşqçisi müəyyən olunub.
TodayPress TV xəbər verir ki, bu ada “Aston Villa”nı çalışdıran Unay Emeri layiq görülüb.
İspaniyalı mütəxəssisin rəhbərliyi altında “şirlər” dekabrda Premyer Liqada keçirdikləri 5 oyunun hamısında qalib gəliblər.
“Aston Villa” Premyer Liqanın XXI turundan sonra 43 xalla ilk üçlüyü tutur.
Namiq HUN