Sinner Medvedevin möhtəşəm tennisini xüsusi qeyd etdi

İdman

16.03.2026 13:03

İtaliyalı tennisçi Yannik Sinner rusiyalı tennisçi Daniil Medvedev haqqında yüksək fikirlər səsləndirib.

TodayPress TV xəbər verir ki, bu barədə “Punto de Break” nəşri məlumat yayıb. 

Sinner rəqibinin oyun səviyyəsini xüsusi qeyd edib:

“Daniilin yenidən yüksək səviyyədə oynadığını görmək çox xoşdur. Düşünürəm ki, o fantastik tennis nümayiş etdirir. Bu il qazandığı bir neçə tituldan sonra özünə inamı çox yüksəkdir və burada da çox yaxşı çıxış etdi.

Unutmaq olmaz ki, o “Böyük Dəbilqə” turnirinin çempionudur və bu təsadüfi deyil. O, fantastik oynadı, çox yaxşı servis etdi. Xüsusilə ikinci servisini qəbul etmək mənim üçün çətin idi. Məncə, o tennis üçün lazımdır. Onun çox unikal oyun üslubu var. Bu səviyyədə yenidən oynaması idman üçün çox yaxşıdır”.

Dördqat “Böyük Dəbilqə” çempionu olan Sinner bu sözləri ABŞ-də keçirilən “Indian Wells Masters” turnirinin finalından sonra deyib. 

Qeyd edək ki, italiyalı tennisçi həlledici qarşılaşmada Medvedevi 7:6 (8:6), 7:6 (7:4) hesabı ilə məğlub edərək titul qazanıb.

Namiq HUN

TodayPress TV

tag: Yannik Sinner,Daniil Medvedev,Tennis,Böyük Dəbilqə,Todaypress.tv,