“Şeytanlar”ın yeni lideri: Kerrik baş məşqçi təyin edildi

“Şeytanlar”ın yeni lideri: Kerrik baş məşqçi təyin edildi
13.01.2026 14:34 İdman

“Mançester Yunayted” yeni baş məşqçi ilə razılığa gəlib. 

TodayPress TV The Athletic nəşrinə istinadən xəbər verir ki, Maykl Kerrik mövsümün sonuna qədər “şeytanları” çalışdıracaq.

Əvvəllər Kerrik “Mançester Yunayted”də Ule-Qunnar Sülşerə köməkçi məşqçi kimi fəaliyyət göstərib. O, həmçinin norveçli mütəxəssisin gedişindən sonra müvəqqəti baş məşqçi kimi komandaya rəhbərlik edib.

Qeyd edək ki, Kerrikin son iş yeri ötən ilin yayında ayrıldığı “Midlsbro” klubu olub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər