Serxio Ramosdan böyük addım - doğma kluba sahiblik planı
İdman
26.01.2026 10:21
Əfsanəvi ispan futbolçu Serxio Ramos investisiya şirkəti Five Eleven Capital ilə birlikdə “Sevilya” klubunun sahibi olmağı planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə Cadena Ser radiosu Carrusel Deportivoya istinadən məlumat yayıb.
Bildirilib ki, “Real Madrid”in və İspaniya millisinin sabiq müdafiəçisi Andalusiya təmsilçisini təxminən 450 milyon avroya almaq niyyətindədir. Hazırda Ramos hüquqşünasları ilə birlikdə klubun maliyyə hesabatlarını araşdırır. Bu proses bir neçə ay çəkə bilər.
Qeyd edək ki, son illərdə əldə olunan zəif nəticələr klubun səhmdarlarını “Sevilya”nın satışına razı salıb. Serxio Ramos daha əvvəl futbolçu kimi 2003–2005-ci illərdə, eləcə də 2023/2024 mövsümündə “Sevilya”nın formasını geyinib. 39 yaşlı Ramosun son klubu Meksikanın “Monterrey” komandası olub. O, cari ilin dekabr ayının əvvəlində bu klubdan ayrılıb. Daha əvvəl Serxio Ramosun peşəkar futbolçu karyerasını davam etdirə biləcəyi də bildirilirdi.
Namiq HUN
tag: Serxio Ramos, Five Eleven Capital ,“Real Madrid”,“Sevilya” ,Todaypress.tv,
