“Səbail” qış fasiləsində ilk transferini reallaşdırdı

“Səbail” qış fasiləsində ilk transferini reallaşdırdı
13.01.2026 15:01 İdman

Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparan paytaxt təmsilçisi “Səbail” qış fasiləsində ilk transferini həyata keçirib.

TodayPress TV 1-ci Liqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, “Şahdağ Qusar” klubunun hücumçusu Ruslan Voronsov mövsümün sonuna qədər “Səbail”in formasını geyəcək.

30 yaşlı futbolçu cari mövsümdə “şimalılar”ın heyətində keçirdiyi oyunlarda 7 qola imza atıb. Transferin hücum xəttinin gücləndirilməsi məqsədi daşıdığı bildirilir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər