"Səbail" millinin futbolçusunu heyətinə qatdı

"Səbail" millinin futbolçusunu heyətinə qatdı
26.01.2026 20:30 İdman

“Səbail” klubu dövrələr arası fasilədə növbəti futbolçunu heyətinə qatıb. 

TodayPress TV xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Belə ki, 1-ci Liqa təmsilçisi “Turan Tovuz”un və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Raul Məmmədovu heyətinə cəlb edib.

Qeyd edək ki, yarımmüdafiəçi mövsümün sonuna qədər klubda icarə əsasında çıxış edəcək.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər