Sarı vərəqələr baha başa gəldi: klublara minlərlə manat cərimə

İdman

29.01.2026 13:33

AFFA İntizam Komitəsi Premyer Liqanın XVII turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlarını açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

“Kəpəz”lə keçirilən oyunda meydançaya kənar şəxsin daxil olmasına görə “Qarabağ” klubu 2 500 manat məbləğində cərimələnib. “Zirə” ilə matçda oyun günü planının pozulmasına görə isə “Neftçi” klubu 2 000 manat cərimə olunub.

“İmişli” - “Araz-Naxçıvan” qarşılaşmasında meydan sahiblərinin altı futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib. “Araz-Naxçıvan”  da dörd futbolçusunun sarı vərəqə almasına görə eyni məbləğdə cəzalandırılıb.

“Karvan-Yevlax”la oyunda beş futbolçusu sarı vərəqə alan “Sabah” klubu da 700 manat məbləğində cəriməyə məruz qalıb.

Namiq HUN

TodayPress TV

tag: AFFA,PL,Kəpəz,Qarabağ,Todaypress.tv,