Şamaxıda sensasiya: favorit komanda məğlub oldu
“Qarabağ” Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə “Şamaxı”ya məğlub olub.
TodayPress TV xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı “Şamaxı”nın futbolçusu Karim Rossi açıb. O, matçın 27-ci dəqiqəsində fərqlənərək komandasını hesabda önə keçirib. Rossi bir daha 42-ci dəqiqədə rəqib torunu dəqiq nişan alıb. “Qarabağ”ın heyətində isə Musa Qurbanlı 79-cu dəqiqədə fərqlənərək hesab arasındakı fərqi azaldıb.
Komandalar arasında cavab görüşü martın 3-də keçiriləcək.
Qeyd edək ki, günün digər matçında “Turan Tovuz” və “Kəpəz” komandaları üz-üzə gələcək. Qarşılaşma saat 19:00-da başlayacaq.
Namiq HUN