Sağlamlıq problemi səbəbindən Luçesku komandadan ayrıldı

İdman

02.04.2026 16:36

Mirça Luçesku Rumıniya millisinin baş məşqçi postunu tərk edib.

TodayPress TV xəbər verir ki, Rumıniya Futbol Federasiyası bu barədə rəsmi saytında məlumat yayıb.

Qeyd olunur ki, 80 yaşlı məşqçi əvvəlcə komandası ilə məşqdən əvvəl huşunu itirmiş və xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin qərarına əsasən Luçeskuya defibrilyator quraşdırılacağı bildirilib.

Luçesku Rumıniya millisinin sükanı arxasına ikinci dəfə 2024-cü ildə keçmişdi. İlk dövrü 1981–1986-cı illəri əhatə edirdi. Son olaraq komandası DÇ-2026-nın seçmə mərhələsinin pley-off yarımfinalında Türkiyə millisınə 0:1 hesabı ilə məğlub olmuşdu. Daha sonra Türkiyə Kosovonu 1:0 hesabı ilə məğlub edərək mundiala vəsiqə qazandı.

Namiq HUN

TodayPress TV

tag: Mirça Luçesku,Rumıniya ,İstefa,Komanda,Todaypress.tv,