"Sabah" "Zirə"yə qalib gəldi

"Sabah" "Zirə"yə qalib gəldi
31.01.2026 20:15 İdman

Premyer Liqanın XVIII turunda lider "Sabah" "Zirə"yə qalib gəlib.

TodayPress TV xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda təşkil olunan oyun qonaqların 3:1 hesablı qələbəsi ilə bitib.

"Bayquşlar"ın heyətində Velko Simiç (10), İvan Lepiniça (22) və Xəyal Əliyev (27) fərqləniblər.

Ev sahiblərinin qolunu isə David Volkov (83) vurub.

Turnir cədvəlinə 43 xalla "Sabah" başçılıq edir. 29 xalı olan "Zirə" 5-cidir.

Qeyd edək ki, turun əvvəlki görüşlərində "Sumqayıt" "Karvan-Yevlax"ı (2:0), "Şamaxı" isə "Kəpəz"i (2:0) məğlub edib. XVIII tura fevralın 1-də yekun vurulacaq.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər