"Sabah" - "Qəbələ" oyununda qalib müəyyənləşmədi

"Sabah" - "Qəbələ" oyununda qalib müəyyənləşmədi
04.02.2026 22:40 İdman

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Sabah" və "Qəbələ" bərabərə qalıb.

TodayPress TV xəbər verir ki, tərəflər arasında "Bank Respublika Arena"da baş tutan ilk matçda qapılara qol vurulmayıb.

Raundun cavab oyunu martın əvvəlində təşkil ediləcək.

Qeyd edək ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin əvvəlki qarşılaşmasında - "Sumqayıt" və "Zirə" kollektivlərinin duelində hesab açılmayıb. Fevralın 5-də 1/4 final mərhələsinin "Şamaxı" – "Qarabağ" və "Turan Tovuz" – "Kəpəz" oyunları keçiriləcək.

TodayPress TV


XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər