Ruy Jorje: Azərbaycan millisində işləmək böyük qürurdur
İdman
16.03.2026 15:07
Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Ruy Jorje ilə bağlanan müqavilənin müddəti açıqlanıb.
TodayPress TV xəbər verir ki, portuqaliyalı mütəxəssis Azərbaycanın U20 millisini 1 il 7 ay müddətində çalışdıracaq.
Ruy Jorje mətbuat konfransında Azərbaycan millisində işləməyin onun üçün böyük qürur olduğunu bildirib:
“Uğur qazanmaq oyunçuların istəyindən və əzmkarlığından asılıdır. Əgər bunları bacara bilsək, nailiyyətlər əldə edə bilərik. Buraya gəlməzdən əvvəl Azərbaycan millisinin sabiq baş məşqçisi Fernandu Santuşla danışmışdım. O, həm ölkə, həm də insanlarla bağlı xoş sözlər söyləmişdi. İlk gündən gördüm ki, onun dedikləri tamamilə doğru idi”.
Namiq HUN
tag: Ruy Jorje,Azərbaycan,U20,Milli komanda,Todaypress.tv,
