Rosberq: “Bu qələbə tam sənin haqqındır!”
İdman
19.03.2026 12:12
Niko Rosberq “Formula-1” üzrə dünya çempionatının mərhələ yarışında “Mercedes” komandasının pilotu Andrea Kimi Antonellini karyerasındakı ilk qələbəsi münasibətilə təbrik edib.
TodayPress TV xəbər verir ki, Rosberq sosial şəbəkədə paylaşımında bunları deyib:
“Ürəkdən təbrik edirəm. Biz uzun illərdir bir-birimizi tanıyırıq… Karyeranın inkişafını izləmək çox xoş idi. İndi isə “Formula-1”də qələbə… Yarışı izləyərkən çox emosional idim. Sən buna tam layiq idin. Qarşıdakı yarışlarda sənə ən yaxşısını arzulayıram.
Mən də ilk qələbəmi Çində qazanmışdım. İndi biz “Mercedes”lə yarış qazanmış yeddi pilotdan biriyik. Bu, çox xüsusi nailiyyətdir… Bəli, sənə azarkeşlik etməyə davam edəcəyəm. Sənə, komandaya və Corc Rasselə uğurlar arzulayıram. Qarşıda maraqlı mövsüm var. Ümid edirəm, tezliklə görüşərik”.
Namiq HUN
tag: Niko Rosberq,Andrea Kimi Antonelli,Mercedes,Formula-1,Todaypress.tv,
