Rinqdə üstünlük bizim oldu – Azərbaycan lider

İdman

07.04.2026 16:47

Boks üzrə Böyük İpək Yolu beynəlxalq turnirinin qalibləri müəyyənləşib.

TodayPress TV xəbər verir ki, Azərbaycan millisinin 6 üzvü turnirin qızıl medalını qazanıb.

Ümumilikdə 11 boksçumuz final mərhələsinə yüksəlib. Milli üzvlərindən Sübhan Məmmədov (50 kq), Amin Məmmədzadə (55 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (65 kq), Sürət Qarayev (90 kq) və Məhəmməd Abdullayev (+90 kq) qızıl medallara sahib çıxıblar.

Bialhəbaşi Nəzərov (50 kq), Zəlimxan Süleymanov (55 kq), Məhəmmədəli Aşırəliyev (60 kq), Zaur Qəhrəmanov (65 kq) və Seyid Seyidov (80 kq) isə finalda məğlub olaraq gümüş medalla kifayətləniblər.

Yarımfinalda uduzan Zidan Hünbətov, Məhəmmədəli Qasımzadə, Sərxan Əliyev, Səidcəmşid Cəfərov, Rasim Çobanlı, Həsən Osmanlı, Murad Allahverdiyev, Səbuhi Əlizadə, Günel Rəhimova və Emili Rzayeva turniri bürünc medalla başa vurublar.

Namiq HUN

TodayPress TV

tag: Boks,Turnir,Qalib,Qızıl medal,Todaypress.tv,

photo
photo
photo
photo
photo
photo