Rəşid Məmmədəliyev təsəlliverici görüşdə qələbə qazandı

Rəşid Məmmədəliyev təsəlliverici görüşdə qələbə qazandı
06.10.2026 14:59 İdman

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan milli komandasının üzvü Rəşid Məmmədəliyev bürünc medal qazanmaq imkanı əldə edib.

TodayPress TV xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz təsəlliverici görüşdə İtaliya cüdoçusu Leonardo Valerianiyə qalib gələrək 3-cü yer uğrunda qarşılaşmaya vəsiqə qazanıb.

Qeyd edək ki, cüdoçumuz 1/4 finala qədər Kanada idmançısı Castin Lemiri və Böyük Britaniya təmsilçisi Etan Nairini sıradan çıxarsa da, yarımfinala gedən yolda fransalı Dayyan Bulemtapesə yenilmişdi.


Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
06 OKTYABR 2026
Bütün Xəbərlər