Dünya çempionatında gözlənilməz itki: Əsas qızıl ümidimiz mübarizəni dayandırdı!

Dünya çempionatında gözlənilməz itki: Əsas qızıl ümidimiz mübarizəni dayandırdı!
06.10.2026 14:13 İdman
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında 73 kq çəki dərəcəsində çıxış edən titullu idmançımız Hidayət Heydərov turnirlə vaxtından əvvəl vidalaşıb.

TodayPress TV xəbər verir ki, Olimpiya çempionumuz 1/8 final mərhələsində İtaliya təmsilçisi Covanni Espozito ilə üz-üzə gəlib. 

Görüş zamanı cərimə xalları (şido) hesabına rəqibinə məğlub olan H.Heydərov mundialda çıxışını başa vurub.

Qeyd edək ki, cüdoçumuz yarışın ilkin mərhələlərində Kosovo idmançısı Akil Qyakova və Finlandiya təmsilçisi Valtteri Olin üzərində qələbə qazanaraq 1/8 finala yüksəlmişdi.

Namiq HUN

FOTOLAR

Dünya çempionatında gözlənilməz itki: Əsas qızıl ümidimiz mübarizəni dayandırdı! — 1
Dünya çempionatında gözlənilməz itki: Əsas qızıl ümidimiz mübarizəni dayandırdı! — 2
Dünya çempionatında gözlənilməz itki: Əsas qızıl ümidimiz mübarizəni dayandırdı! — 3
XƏBƏR LENTİ
06 OKTYABR 2026
Bütün Xəbərlər