Rekorddan diskvalifikasiyaya: məşhur atlet dopinqə görə cəzalandırıldı

İdman

06.02.2026 14:00

16 kilometr məsafəyə qaçış üzrə dünya rekordunun sahibi olan keniyalı atlet Bernard Kibet antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə diskvalifikasiya edilib.

TodayPress TV xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Araşdırmalar zamanı idmançıdan 2024-cü ilin yayında götürülmüş qan nümunələrində qeydə alınan kəskin dəyişikliklər dopinqdən istifadə ilə bağlı şübhələr yaradıb. Məlumata görə, həmin dəyişikliklər “Paris-2024” Yay Olimpiya Oyunları dövrünə təsadüf edib.

Nəticədə Bernard Kibetin Olimpiadada 10 kilometr məsafəyə qaçış üzrə əldə etdiyi 5-ci yer ləğv olunub. Tibbi ekspertiza atletin antidopinq qaydalarını pozduğunu təsdiqləyib.

Xatırladaq ki, Bernard Kibet 2022-ci ildə Yaponiyada keçirilən yarışda 16 kilometr məsafəni 44 dəqiqə 4 saniyəyə qət edərək dünya rekordu müəyyənləşdirmişdi.

Namiq HUN

TodayPress TV

tag: Bernard Kibet,Dopinq,Cəza,Qərar,Todaypress.tv,