“Red Bull”da vəziyyət qarışıqdır: pilotdan etiraf
İdman
31.03.2026 15:21
Fransalı pilot Isak Hacar “Formula-1” üzrə Yaponiya Qran-prisindən sonra komandasındakı vəziyyəti dəyərləndirib.
TodayPress TV xəbər verir ki, o, bu barədə “Formula-1”in rəsmi saytına danışıb.
Pilot bildirib ki, yarış onun üçün çətin keçib. Startı uğurlu olsa da, tezliklə enerji sistemi ilə bağlı problem yaşayıb və bu səbəbdən rəqiblərinə mövqe uduzub.
Hacar komanda daxilindəki vəziyyətə də toxunub:
“Atmosfer yaxşı deyil. Amma hamı problemin səbəbini anlamağa çalışır. Ümid edirəm ki, bolidin növbəti versiyası vəziyyəti yaxşılaşdıracaq”.
Qeyd edək ki, Yaponiya Qran-prisi zamanı Hacar yarışa səkkizinci pillədən başlasa da, finişə 12-ci sırada çatıb və xal qazana bilməyib. Onun komanda yoldaşı, dördqat dünya çempionu Maks Ferstappen isə yarışı səkkizinci pillədə başa vurub. Üç mərhələdən sonra “Red Bull” Konstruktorlar Kubokunda 16 xalla altıncı sırada qərarlaşıb.
Namiq HUN
tag: Formula-1,Isak Hacar,Red Bull,Yaponiya ,Qran-pri,Todaypress.tv,
