“Real”ın gizli qəhrəmanı – Valverde önə çıxır
İdman
07.04.2026 15:45
“Real Madrid”in sabiq yarımmüdafiəçisi Toni Kroos klubun oyunçusu Federiko Valverdenin cari mövsümdəki çıxışını dəyərləndirib.
TodayPress TV xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Kroos Valverdenin komanda üçün vacib rol oynadığını vurğulayıb:
“Mövsüm “Real” üçün orta səviyyədə keçsə də, Fede komandanı müəyyən qədər öz çiyinlərində daşıya bildi. Onun üçün də hər şey ideal deyildi, amma topladığı forma və “Mançester Siti”yə qarşı oyunu təsadüfi deyil. O, yalnız keyfiyyətə deyil, düzgün mentalitetə də sahib oyunçudur.
O vaxtdan bəri meydanda parlayır. Hazırda nümayiş etdirdiyi səviyyə sadəcə inanılmazdır. Ümid edirəm ki, bu, uzun müddət davam edəcək”.
Qeyd edək ki, Federiko Valverde cari mövsüm bütün turnirlərdə 42 oyuna çıxaraq 8 qol vurub və 12 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Real Madrid,Toni Kroos,Federiko Valverde,Mançester Siti,Todaypress.tv,
