“Real” yeni rekord müəyyən etdi

“Real” yeni rekord müəyyən etdi
20.08.2025 17:57 İdman

La Liqanın açılış turunda “Osasuna”nı Kilian Mbappenin qolu ilə 1:0 hesabı ilə məğlub edən “Real Madrid” tarix yazıb.

TodayPress TV “Opta Sports”a istinadən xəbər verir ki, “kral klubu” ilk turlarda məğlubiyyətsiz başlayan mövsümlərin sayına görə İspaniya çempionatının rekordunu yeniləyib.

Xatırladaq ki, “Real” 17 ildir La Liqanın ilk turlarında uduzmur. 

Namiq HUN

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər