“Real”: Xabi Alonso ilə yollar qarşılıqlı razılıqla ayrılıb

İdman

14.01.2026 09:17

Madrid “Real”ının direktoru Emilio Butragenyo Xabi Alonsonun “kral klubu”nun baş məşqçisi postundan ayrılması ilə bağlı açıqlama verib. 

TodayPress TV xəbər verir ki, son günlər mediada və insayder məlumatlarında ispan mütəxəssisin klub rəhbərliyi tərəfindən işdən çıxarıldığı, tərəflərin isə qarşılıqlı razılıqla ayrılmadığı iddia olunurdu.

Xabi Alonsonun “Real”dan ayrılması barədə məlumat Madrid təmsilçisinin İspaniya Superkubokunun finalında “Barselona”ya 2:3 hesabı ilə məğlub olmasından bir gün sonra yayılıb.

Emilio Butragenyo məsələ ilə bağlı bunları deyib:

“Xabinin gedişi qarşılıqlı razılıq əsasında baş tutub. Ona gələcək karyerasında uğurlar arzulayırıq”. 

Qeyd edək ki, Xabi Alonso “Real”ı 2025-ci ilin yayından çalışdırırdı. O, bundan əvvəl Almaniyanın “Bayer 04” klubunda işləyib. 

Namiq HUN

TodayPress TV

tag: Real Madrid,Xabi Alonso,Emilio Butragenyo,Klub,Todaypress.tv,