“Real” üçün həyəcan siqnalı - Vinisius ayrılığa hazırdır
İdman
27.01.2026 09:58
Vinisius “Real”a klubu tərk etməyə hazır olduğunu bildirib.
TodayPress TV El Nacional nəşrinə istinadən xəbər verir ki, Vinisius Junior “Real” rəhbərliyinə açıq şəkildə çatdırıb ki, əgər müqavilənin uzadılması ilə bağlı məsələ aprel ayına qədər həll olunmasa, o, klubu tərk etməyə hazırdır.
Bildirilir ki, Paris təmsilçisi PSJ, klub prezidenti Nasser Əl-Xəlaifinin rəhbərliyi altında braziliyalı hücumçuya böyük maraq göstərir. Şayiələrə əsasən, Vinisiusu illik təxminən 30 milyon avro maaş gözləyir.
Qeyd edək ki, Vinisius Junior 2018-ci ildə 45 milyon avro qarşılığında “Flamenqo”dan “Real” Madridə transfer olunub. Cari mövsümdə “kral klubu”nun heyətində 31 oyun keçirib, 7 qol vurub və 11 məhsuldar ötürmə edib.
Vinisiusun “Real”la hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalında futbolçunun bazar dəyəri 150 milyon avro qiymətləndirilir.
Namiq HUN
tag: Vinisius Junior,Real Madrid,Klub,Qərar,Todaypress.tv,
