“Real” üçün Haaland niyə bu qədər çətin transferdir?

“Real” üçün Haaland niyə bu qədər çətin transferdir?
17.01.2026 09:15 İdman

Norveçli futbolçu Erlinq Haalandın “Real Madrid”a keçidinə mane ola biləcək üç əsas amil açıqlanıb. 

TodayPress TV xəbər verir ki, Bu barədə Sky Sport Germany məlumat yayıb.

Mənbənin məlumatına görə, “Real” Haalandın transferi zamanı bir sıra çətinliklərlə üzləşə bilər. Birincisi, futbolçunun “Mançester Siti” ilə 2034-cü ilə qədər qüvvədə olan uzunmüddətli müqaviləsi var. İkincisi, bu transferin baş tutması üçün Madrid klubunun vingeri Vinisius Juniorun komandadan ayrılması tələb olunur. Üçüncüsü isə Haalandın keçidi “Real”a ümumilikdə 500 milyon avrodan baha başa gələ bilər.

Qeyd edək ki, “Mançester Siti”nin hücumçusu Erlinq Haaland Madrid “Real”ına keçidi karyerasının əsas hədəfi hesab edir. Öz növbəsində “kral klubu”nun prezidenti Florentino Peres 25 yaşlı forvardı qarşıdakı yay transfer pəncərəsində heyətə qatmağı arzulayır. Klub rəhbəri norveçli futbolçunun agenti ilə danışıqları davam etdirir. 

Cari mövsümdə norveçli futbolçu bütün turnirlərdə 29 oyunda iştirak edib, 26 qol vurub və 4 məhsuldar ötürmə edib. Transfermarkt portalında Haalandın bazar dəyəri 200 milyon avro qiymətləndirilir. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər