“Real” daxilində gərginlik: Alonsonun işi sərt tənqid edildi

İdman

07.02.2026 15:35

Madrid “Real”ında hesab edirlər ki, sabiq baş məşqçi Xabi Alonso komandanı fiziki hazırlıq baxımından zəif vəziyyətdə qoyub.

TodayPress TV xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri Cadena Ser radiosuna istinadən məlumat yayıb. 

Klub daxilində ispaniyalı mütəxəssisin fiziki hazırlıq məsələsində komandaya həddən artıq təzyiq göstərdiyi düşünülür. “Real” düşərgəsində futbolçuların fiziki durumunu yaxşılaşdırmaq üçün geniş imkanların olduğu hesab edilir. Bu prosesdə fiziki hazırlıq üzrə məşqçi Antonio Pintusun mühüm rol oynayacağı gözlənilir.

Qeyd olunur ki, Xabi Alonsonun yerinə gələn Alvaro Arbeloa futbolçuların oyun formasına, motivasiyasına və komanda ruhunun gücləndirilməsinə daha çox diqqət ayırır. Yeni baş məşqçi taktiki detallardan daha çox kollektiv atmosferə fokuslanır.

Xatırladaq ki, Xabi Alonso ötən yay “Real”ın baş məşqçisi təyin olunmuş, lakin yanvarın 12-də klub onunla əməkdaşlığa son qoyulduğunu açıqlamışdı.

Namiq HUN

TodayPress TV

tag: Xabi Alonso,Real Madrid,Klub,Tənqid,Todaypress.tv,