“Real” açıqlaması baha başa gəldi – Enzo cəzalandırıldı
İdman
03.04.2026 15:16
“Çelsi” klubunun yarımmüdafiəçisi Enzo Fernandez iki oyunluq cəzalandırılıb.
TodayPress TV xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Liam Rossenior açıqlama verib.
Bildirilib ki, futbolçu növbəti iki qarşılaşmada – İngiltərə Kubokunda “Port Veyl”ə və Premyer Liqada “Mançester Siti” ilə oyunda iştirak etməyəcək.
Qeyd edək ki, Enzo Fernandes daha əvvəl karyerasını “Real Madrid”də davam etdirmək variantını nəzərdən keçirə biləcəyini bildirib.
Baş məşqçi futbolçunun bu açıqlamasını klubun daxili dəyərlərinə zidd hesab edib və onun “qırmızı xətti keçdiyini” vurğulayıb.
Cari mövsümdə argentinalı yarımmüdafiəçi “Çelsi”nin heyətində bütün turnirlərdə 46 oyuna çıxıb, 12 qol vurub və 6 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Çelsi,Enzo Fernandez,Real Madrid,Premyer Liqa,Todaypress.tv,
