Rakitiç “Real”dan ayrılan Alonsonu dəyərləndirdi
İdman
04.04.2026 10:06
“Barselona” və “Sevilya” klublarının sabiq yarımmüdafiəçisi İvan Rakitiç “Real Madrid”in keçmiş baş məşqçisi Xabi Alonsonun postundan ayrılmasına münasibət bildirib.
TodayPress TV xəbər verir ki, o, bu barədə AS nəşrinə danışıb.
“Bəli, bu, həqiqətən üzücüdür. Mən Xabini “Real”da, xüsusilə də La Liqada daha uzun müddət görmək istərdim. Burada artıq fərqi yoxdur ki, sən “Barselona”, “Real” və ya “Sevilya” azarkeşisən. Mən doğrudan da təəssüf edirəm, çünki o, mənim üçün ümumilikdə futbolda ən önəmli məşqçilərdən biri olaraq qalır.
Əminəm ki, o, hara getsə, uğur qazanacaq. Böyük klublardakı təzyiqi başa düşürəm:
O, “Bayer Leverkuzen”də özünü çox yaxşı tərəfdən göstərdi və bundan sonra tez bir zamanda “Real”dan təklif aldı. Ümid edirəm ki, o, ən qısa zamanda geri qayıdacaq. Mən Xabini məşqçi kimi görmək və ondan öyrənmək istərdim”, - deyə Rakitiç bildirib.
Xatırladaq ki, yanvarın 12-də “Real” Xabi Alonso ilə əməkdaşlığa qarşılıqlı razılıq əsasında xitam verildiyini rəsmi şəkildə açıqlayıb.
Namiq HUN
tag: İvan Rakitiç,Real Madrid,Xabi Alonso,Barselona,Sevilya,Todaypress.tv,
