Qvardioladan etiraf: Çempionlar Liqası indi daha amansızdır!
İdman
30.01.2026 13:55
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının Liqa mərhələsinin VIII turunda “Qalatasaray” üzərində 2:0 hesablı qələbəni və turnirin yekunlarını şərh edib.
TodayPress TV xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Qvardiola Çempionlar Liqasının əvvəlki illərlə müqayisədə xeyli çətinləşdiyini vurğulayıb:
“Bu turnir bütün komandalar üçün əsl amerikan dağları kimidir. Sadəcə “Bude-Qlimt”ə baxın. Bir həftə yarım əvvəl nə baş vermişdi, bu gün isə “Real”la nə oldu? Çempionlar Liqası artıq bir neçə il əvvəlki kimi deyil. Burada oynamaq çox, çox çətindir”.
Mütəxəssis oyunun gedişinə də toxunub:
“Birinci hissə bizim üçün ikinci hissədən daha yaxşı alındı. Fasilədən sonra çoxlu qol imkanlarını boşa verdik ki, bu da bu mövsüm tez-tez başımıza gəlir. 1/8 finalın cavab oyununu evdə keçirəcəyik və buna çox sevinirəm”.
Qvardiola qeyd edib ki, komanda müəyyən xal itkilərinə baxmayaraq məqsədinə çatıb:
“Norveçdə xal itirdik, “Bayer”lə oyunda xal verdik, Monakoda büdrədik. Amma səfərdə “Vilyarreal”ı məğlub etdik, Madriddə qalib gəldik. Nəticədə ilk səkkizlikdəyik və martda yolumuza davam edəcəyik”.
Namiq HUN
tag: Xosep Qvardiola, Mançester Siti,Turnir,Futbol,Todaypress.tv,
