Qvardiola 93 milyonluq ispaniyalı müdafiəçinin arxasınca düşdü

İdman

17.03.2026 09:15

Pep Qvardiolanın rəhbərlik etdiyi “Mançester Siti”, “Tottenhem” klubunun və İspaniya milli komandasının müdafiəçisi Pedro Porronu transfer etmək niyyətindədir.

TodayPress TV “Football Insider” nəşrinə istinadən xəbər verir ki, “şəhərlilər” futbolçunu London klubunun tələb etdiyi 93 milyon avrodan xeyli aşağı qiymətə almağa çalışır.

Mənbə bildirir ki, buna səbəb “Tottenhem”in maliyyə vəziyyətinin pisləşməsi və İngiltərə çempionatında aşağı liqaya düşmə riskidir. 

Bildirilir ki, Porro 2026-cı ilin yayında Qvardiolanın komandasının sağ müdafiə xəttini gücləndirmək üçün əsas hədəfdir. “Siti”nin də maliyyə itkiləri (ötən mövsüm 338 milyon avro) olsa da, klub rəhbərliyi bu transferə sərmayə qoymağa hazırdır.

Premyer Liqanı tərk etmək “Tottenhem”ə sponsor gəlirlərindən təxminən 200 milyon funt sterlinq (232 milyon avro) zərər verə bilər. Bu isə klubun futbolçu satışına məcbur qalmasına və bazar qiymətlərinin aşağı düşməsinə səbəb olacaq.

Qeyd edək ki, Porro 2019–2022-ci illərdə “Mançester Siti” sistemində çıxış etsə də, əsas komandada oyun keçirməyib. 26 yaşlı müdafiəçi 2023-cü ilin yayından “Tottenhem”də oynayır. Bu mövsüm o, 38 oyunda 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “mahmızlar”la müqaviləsi 2028-ci ilin iyununa qədər qüvvədədir. “Transfermarkt” portalında futbolçunun bazar dəyəri təxminən 40 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

tag: Pep Qvardiola,Mançester Siti,Tottenhem,Pedro Porro,Todaypress.tv,