Qravettin FIBA Çempionlar Liqasındakı şousu Avropada gündəm oldu - VİDEO
İdman
16.01.2026 10:59
Basketbol üzrə FIBA Çempionlar Liqasının qrup mərhələsində keçirilən oyunlardan birində baş verən epizod beynəlxalq basketbol ictimaiyyətinin diqqətini cəlb edib.
TodayPress TV xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Sabah” klubunun basketbolçusu Hassani Qravett Çexiyanın “Nimburk” komandası ilə matçda nümayiş etdirdiyi yüksək texniki ustalıqla yadda qalıb.
Basketbolçunun oyunda icra etdiyi yüksək səviyyəli spin-move epizodu qarşılaşmanın ən yaddaqalan anlarından birinə çevrilib. Sözügedən hərəkət Avropanın ali basketbol qurumu olan FIBA tərəfindən Çempionlar Liqasının rəsmi Instagram səhifəsində paylaşılıb və qısa müddət ərzində milyonlarla baxış toplayaraq azarkeşlər arasında böyük maraqa səbəb olub.
Bu paylaşım həm Hassani Qravettin fərdi ustalığının, həm də “Sabah” klubunun beynəlxalq arenada artan nüfuzunun göstəricisi kimi dəyərləndirilir.
Qeyd edək ki, Hassani Qravett artıq iki ildir ki, üçqat Azərbaycan çempionu “Sabah” klubunun heyətində çıxış edir.
Namiq HUN
tag: FİBA,Basketbol,Hassani Qravett,Epizod,Todaypress.tv,
