Qələbə yağışı! Uşu millimiz 21 medal qazandı
İdman
18.03.2026 17:54
Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının tərkibində fəaliyyət göstərən uşu və vinq çun üzrə milli komanda Yunanıstanın Afina şəhərində keçirilən “Acropolis Uşu Open Tournament” beynəlxalq turnirində uğurla çıxış edib.
TodayPress TV xəbər verir ki, idmançılarımız uşu-sanda və vinq çun-taolu versiyasında yarışıblar.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaydığı məlumata əsasən yarışda 23 idmançı ilə təmsil olunan milli komandamız ümumilikdə 21 medal (11 qızıl, 4 gümüş, 6 bürünc) qazanıb.
Vinq çun (taolu) üzrə Aydın Sayadlı, Səfa Məmmədov və Süleyman İsmayılov qızıl medal əldə ediblər. Riad Qasımov gümüş, Xədicə Həbib, Elvin Həsənov və Camal Əliyev isə bürünc medala sahib çıxıblar.
Light sanda üzrə Aydın Sayadlı (56 kq), Süleyman Abbasov (52 kq), Samir Eynullayev (70 kq), Elçin Eminov (65 kq), Heydər Həsənzadə (48 kq) və Ruslan Şixiyev (75 kq) qızıl, Yusif İbrahimov (65 kq) isə gümüş medal qazanıb.
Sanda növündə Süleyman İsmayılov (85 kq), Ayman Mahal (60 kq), Camal Əliyev (44 kq), Zaur Quluzadə (70 kq), Xəyal İbrahimov (52 kq), Nadir Mikayilov (65 kq) və Ural Əliyev (56 kq) qızıl medal əldə ediblər. Səfa Məmmədov (75 kq) və Nicat Nəcəfov (65 kq) gümüş, Xədicə Həbib (60 kq), Abdurəhman Məmmədzadə (52 kq), Riad Qasımov (70 kq) və Elvin Həsənov (65 kq) isə bürünc medal qazanıblar.
Namiq HUN
tag: Uşu ,Medal,Uğur,Turnir,Todaypress.tv,
