"Qəbələ" yoxlama oyununda I Liqa klubuna qalib gəldi
Premyer Liqanın təmsilçisi "Qəbələ" və Azərbaycan I Liqasında çıxış edən MOİK yoxlama oyununda üz-üzə gəliblər.
TodayPress TV xəbər verir ki, Qəbələ şəhər stadionunun köməkçi meydançasında baş tutan qarşılaşma ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Elşad Tağıyev, Domi Massumu və İsasak Amoa vurublar.